Müharibə vəziyyəti ilə əlaqədər internetin məhdudlaşdırılması, sosial şəbəkələrə girişin bloklanması informasiya məkanında yerli televiziyaların əhəmiyyətini artırıb. İndi əhali üçün əsas məlumat mənbəyi telekanallar və radiolardır. Bəs bu resurslar üzərinə düşən missiyanı necə yerinə yetirirlər? Azərbaycanın apardığı haqq savaşı, gündəlik baş verən hadisələrin mahiyyəti, dövlətin yürütdüyü siyasət vətəndaşlara necə təqdim olunur?
Təəssüf ki, bu suala birmənalı müsbət cavab vermək mümkün deyil. Dövlət kanalı AzTV, "ARB 24 TV" və nisbətən "REAL TV" istisna olmaqla özəl kanalların informasiya buraxılışları, ictimai debatları, cəbhə xəttindən hazırladığı materiallar aşağı səviyyədədir.
Bəzi hallarda ictimai maraqlara zərbə vurur, dövlətin apardığı gərgin işə kölgə salır. Söhbət nələrdən gedir?
Hadisələrin mahiyyətini izah edə bilməyən, təhrif edən, yanlış, ziyanlı şərhlər verən ekspertlər bir kanaldan çıxıb o birinə gedir. Gün ərzində efirin əsas hissəni bu şəxslərin heç bir informasiya, təhlil yükü olmayan fikirləri doldurur.
Azərbaycandakı müharibə vəziyyəti radiolardan, tele efirlərdən hiss etmək mümkün deyil.
Bölməyə aid digər xəbərlər