16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA

“COVID-19-u məğlub etmək üçün evdə qalırıq. Televiziya və internet xidmətləri bizə dəstək olur, lakin bu da həddən artıq yüklənməyə səbəb olur”. 
Bu sözlər dünən axşam saatlarında yaranmış internet problemi ilə bağlı KATV1-in yaydığı məlumatda yer alıb. 
Bildirilib ki, koronavirusun internetə təsiri barədə uzunmüddətli proqnozlar vermək hələ tezdir, lakin videoxidmətlərin aktiv istifadəsi artıq ilk problemlərə səbəb oldu. 
“Karantin günlərində trafik quruluşu çox dəyişib və şirkət internetin həcmini 40 faiz artıraraq, trafik artımına hazırlaşıb. Lakin iyulun 9-da rekord sayda yüklənmə qeydə alınıb - 53 faiz, bu, bəzi istifadəçilərimizin internetə çıxışı üçün problemlər yaratdı. 
Şirkət artıq avadanlıqların həddən artıq yüklənməsi zamanı gələcək problemlərin qarşısını almağa imkan verən tədbirlər görüb. Anlamaq lazımdır ki, ölkənin xarici və daxili trafiki internetin sürətinə və keyfiyyətinə də təsir göstərir.
Serverləri digər ölkələrdə olan xarici saytlar və tətbiqetmələr xarici trafik hesab olunur və onlara daxil olduqda ölkə daxilində internet şəbəkələri məhdud ötürmə qabiliyyətinə malikdir. 
Bir çox istifadəçimiz koronavirusun yayılması səbəbiylə evdən işləyir. Ofis işi internetin aktiv istifadəsini də əhatə edir, lakin karantin ona yanaşmanı xeyli dəyişdirdi. 
Məsələn, əvvəllər iş otaqlarında keçirilən görüşlər indi onlayn konfranslara çevrilib. Uşaqların təlimləri də internet üzərindən keçirilir. Xarici trafikin miqdarı artarsa, məlumat paketini ötürmək və almaq üçün daha çox vaxt və trafik lazımdır. Eyni problem “Zoom” videokonfransının istifadəçiləri arasında da müşahidə olunur. 
Koronavirusa görə evə qalan insanlar onlayn oyunları aktiv oynayır, internetdə filmə baxır və xəbərləri izləyirlər.
Azərbaycanda ümumi internet istehlakı 22 faiz artdı, lakin eyni zamanda ofis və mobil internet trafiki azaldı, çünki çoxları evdə internetdən (Wi-Fi) istifadə edir”.


Tarix: 10-07-2020, 10:45 Oxunub: 120


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930