Tibbi maskadan istifadə etməyənlər cərimələndi

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi, mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.
Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs barəsində protokol tərtib edilib, onlar cərimələniblər.

Bizimlə əlaqə saxlayın


Tarix: 29-07-2020, 12:00 Oxunub: 168


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930