16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Maskasız alıcıların ticarət obyektlərinə daxil olmasına icazə verilməyəcək - RƏSMİ

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, Məcəllənin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyinə, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən şirkətlərə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsi məqsədilə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması, obyekt daxilində müştərilər arasında iki metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsi tövsiyə olunub. Bundan sonra maskasız alıcıların obyektə daxil olmasına icazə verilməyəcək.
Obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, ticarət obyektində alıcıların sayına nəzarət olunması və zərurət yarandıqda istehlakçıların növbə ilə girişinin təmin edilməsi də əsas şərtlərdəndir.
İqtisadçı ekspert Mahmud Abasquliyev dəyişikliyi xülasə edərək bildirib ki, xidmət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər bunlardan ibarətdir:
• müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;
• müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
• bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
• birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;
• əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunması;
• xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;
• istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
• müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;
• qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında bir metrdən az olmamasının təmin edilməsi;
• qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin iki metrdən az olmamasının təmin edilməsi;
• zalların və otaqların mütəmadi havalandırılması.
Bu qaydaların pozulmasına görə cərimələrin tətbiq edilir. Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək cərimələnir. Bu qaydalara ciddi şəkildə riayət edilərsə, koronavirus pandemiaysının yayılmasının qarşısını ciddi şəkildə almış olarıq. Hər şey öz əlimizdədir. Unutmayaq ki, koronavirus alacağımız tədbirlərdən güclü deyildir. Koronavirusa birlikdə qalib gələk!


Tarix: 8-07-2020, 16:32 Oxunub: 174


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930