Tovuzda ermənilərin atdığı mərminin hissələri aşkarlandı - FOTO

Tovuz rayonu, Ağdam kəndi ərazisinə dörd ədəd mərminin düşməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən iki və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bir siqnal (əməliyyat çağırışı) daxil olub.
ANAMA-dan bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib, birlikdə iki ev və həyətyanı sahədə dörd atəş nöqtəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış minaatan mərmisinin hissələri aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Atəş nöqtələrinin ətrafında 220 kv.m əraziyə yerüstü, 14 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Tarix: 26-07-2020, 09:36 Oxunub: 105


Bölməyə aid digər xəbərlər
10-07-2020, 09:59 Qazaxda raket tapılıb - FOTO


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930