Ağstafada partlamamış altı hərbi sursat, mərmilər və patronlar aşkarlanıb - FOTO

İyulun 25-də saat 10:23-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Tatlı kəndində patron və mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində altı ədəd partlamamış hərbi sursat, üç ədəd təlim məqsədli mərmi, tərkibində partlayıcı maddə olmayan beş ədəd mərmi və 8770 ədəd müxtəlif çaplı patron aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı sursatların tapıldığı yerin ətrafında 180 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Tarix: 25-07-2020, 21:49 Oxunub: 141


Bölməyə aid digər xəbərlər
10-07-2020, 09:59 Qazaxda raket tapılıb - FOTO


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930