Həyətdə işləyən qadını ilan sancdı: Vəziyyəti orta ağırdır

Ağdam sakinini ilan sancıb.
Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. 
Belə ki, Kənd sakini 1990-cı il təvəllüdlü Cəfərova Aynurə Cəfər qızı həyətdə işləyərkən sağ ayağından ilan sancıb.
A.Cəfərova yaxınlarının köməkliyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vəziyyəti ağır olan qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta ağırdır.


Tarix: 22-07-2020, 21:05 Oxunub: 152


Bölməyə aid digər xəbərlər
12-07-2020, 21:32 Bakıda iki dost güllələndi


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930