Evdən qaçmağa çalışan yaşlı kişi yıxılaraq ciddi xəsarət aldı

Rusiyanın Nijni Novqorod şəhərində yaşadığı evdən qaçmağa çalışan yaşlı kişi yıxılaraq, ciddi xəsarət alıb.REN TV qonşuluqda yaşayanların açıqlamalarına istinadən xəbər verir ki, kişi uzun müddətdir psixi pozğunluqdan əziyyət çəkir.
O, mütəmadi olaraq pəncərələrin şüşəsini döyür, qonşuların, yoldan keçənlərin üstünə ev əşyalarını atır. Polis əməkdaşlarını və həkimləri görən kimi isə dərhal gizlənir.
Evdən qaçmağa cəhd göstərən təqaüdçünü qonşuları mobil telefona çəkib. Yaşadığı mənzildən binanın giriş blokunun damına düşən qoca, ehtiyatsızlıq edib və sərt şəkildə asfalta dəyib.
Ətrafdakılar hadisəni anbaan qeydə alıblar. 


Tarix: 7-07-2020, 14:45 Oxunub: 170


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930