16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR

“Avropa Birliyindən SEPAH-ın rəsmi şəkildə terror təşkilatı elan etməsini istəyirik”. Bu tələblə İsveçin baş naziri Ulf Kristersson çıxış edib. O, bunu SEPAH-a bağlı terrorçuların İsveçdə İsrail hədəflərinə hücumları ilə əlaqələndirib. Bu, bir neçə gün əvvəl İsrailin Stokholmdakı səfirliyi yaxınlığında baş verən atışmadan sonraya təsadüf edir. İrana qarşı iqtisadi sanksiyalar siyasi və hərbi arenada da davam edir. İranla bəzi Avropa ölkələri arasındakı uçuşlar qarşılıqlı və ya qarşılıqsız formada dayandırılır.

Bu soyuq "münasibət"də hansı tərəf uduzacaq?
Güneyli fəal Mehsa Mehdili Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın həm iqtisadi vəziyyəti, eyni zamnada sosial və siyasi sistemi bərbad vəziyyətdədir.

“İranda yaşayan xalqların problemləri var. Onların demokratiyası yoxdur, insan haqları sıfır, edam ərşə çıxıb. İranda yaşayan xalqların yaşam üçün ilkin ibtidai şərtlərdən məhrumdurlar. Bununla yanaşı, sistem də despot və diktator bir sistemdir. Eyni zamanda İranda xalqın rejimə qarşı etirazları davam edir. Bütün bunların qarşısını almaq üçün Tehran rejimi edamları artır, basqı göstərir. Zindan hökmlərini artırır və yaxud da yumşaq bir üz göstərmək üçün Pezeşkian kimi məqbul bir üzü olan şəxsdən istifadə edir. Əslində yumuşalmaya getmək istəmir, amma yumşaq bir üz göstərmək istəyir. Bütün bu problemləri həll etmir. Həll etməməkə yanaşı, indi də bölgədə fərqli qrupları öncə ideoloji olaraq bəsləyir, sonra silahlandırır. Yaxın Şərqdə fərqli bölgələrdə özünə hərbi bazalar yaradıb. Bir dövlət kimi deyil, bir hərbi güc kimi davranır. Sanksiyaların tətbiq edilməsi və iqtisadi problemlər üstünə müxtəlif iqtisadi problemlərin yaradılması onu göstərir ki, İranda yaşayan vətəndaşlar düşünülmür. Sanki hərbi bir bazadır. İsrail-Fələstin müharibəsində də İran baş roldadır. İraqdan başlayaraq, Əfqanıstan, Yəmən... bölgədə bütün terror qruplarını bir şəkildə idarə edir, bəsləyir və bütün ölkənin qaynaqlarını da oraya axıdır. Buna görə sanksiyalara məruz qalır və yenə də xalq zərər görür, uduzan hər zaman xalq olur”-deyə Mehdili qeyd edib.

Mehsa Mehdili vurğulayıb ki, buna səbəb xalq tərəfindən seçilməyən sistemdir və iqtisadiyyat da, güc də onun əlindədir.

Güneyli fəalın sözlərinə görə, əgər müharibə olarsa, aclıqla və sosial-iqtisadi, siyasi problemlərlə mübarizə aparan cəmiyyətin böyük bir hissəsi yeni fərqli problemlərlə yüklənəcək.

“Əslində Yaxın Şərqdə davam edən savaş İran xalqının mənimsəmədiyi bir savaşdır. Sonda uduzan yenə İranda yaşayan xalqlar olacaq. Çünki bu müharibə bir torpaq müharibəsi deyil. Yaxın Şərqdə ölkə liderlərinin ideoloji savaşı gedir. Xalqın başı qarışıb övladını necə saxlasın, övladını edamdan necə qorusun, işsizliklə necə mübarizə aparsın. Narkotik istifadə ən yüksək həddədir, erkən nikahlarn sayı çoxdur, aclıq səviyyəsindən aşağı olan ailələrin sayı artıb. İnsanlar dinlərini normal şəkildə yaşaya bilmirlər. Xalqın torpaq problemi yoxdur. Tehran hakimiyyətinin macərapərəstliyi baha başa gəlir və təəssüf olsun ki, siyasi məğlubiyyətin ağırlığını da xalqa yükləyirlər. Bir var ki, müharibə xalqın müharibəsi olsun, ona qatılar da, onun üçün qurban da verər. Amma baxaq, İran dövlətinin özünü bölgədə sanki bir “jandarma” kimi aparması və özünü sübut etmək üçün terrordan dəstək alması ilə İranda yaşayan xalqların nə əlaqəsi var? Xalqa rifah, hüzur, güvənlik lazımdır. İrandakı mövcud siyasi rejim bunları təmin etmir, heç bu barədə düşüncəsi də yoxdur”-deyə Mehsa Mehdili vurğulayıb.

Güneyli fəal qeyd edib ki, bu savaşda kimin qalib gələcəyi barədə heç bir fikri yoxdur. Amma reallıq budur ki, yüzminlərlə insan küçələrə axışıb, öz problemlərini dilə gətirdi. İrandakı mövcud hakimiyyət də edamla, basqı ilə, işdən uzaqlaşdırmaqla, izolyasiya etməklə, təhdid etməklə xalqı susdurmağa çalışdı.

Mehsa Mehdili bildirib ki, İran xalqının vəziyyəti hazırda dünya üzrə ən məzlum xalqlardan betərdir. Bu səbəbdən də, İrandakı mövcud siyasi rejim öz daxili siyasətinə yenidən nəzər salmalıdır.
 


Tarix: 19-10-2024, 10:54 Oxunub: 33


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930