İran ABŞ qırıcıları ilə əlaqədar BMT-yə müraciət etdi - VİDEO

İran hökuməti digər ölkəyə məxsus qırıcıların İranın sərnişin təyyarəsini ələ keçirmək cəhdi ilə əlaqədar BMT Baş katibinə və Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir.“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İranın BMT-dəki diplomatik nümayəndəliyi məlumat yayıb.
İnsidentlə əlaqədar İranın BMT-dəki xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı ilə BMT-nin baş katibi Antonio Quterreş arasında müzakirə aparılıb.
Qeyd edək ki, ABŞ-a məxsus qırıcı təyyarələr Tehrandan Beyruta uçan, İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə yaxınlaşıb.
Təyyarənin pilotu qırıcı təyyarələrlə toqquşmadan qaçmaq istəyərkən bir neçə sərnişin xəsarət alıb.
[video=]


Tarix: 24-07-2020, 11:38 Oxunub: 140


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930