"Putin, lüt imperatordur" - Navalnı məhkəmədə prezidentin əleyhinə kəskin danışdı


Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı məhkəmədə Rusiya Prezidenti Vladimir Putini və ölkənin məhkəmə sistemini acı sözlərlə tənqid edib.
"AzPolitika.info" Rusiya mətbuatına istinadən xəbər verir ki, həbsxanada üç həftəlik aclıq aksiyasına son qoyandan sonra ilk dəfə görünən Navalnı, təqsirli bilindiyi böhtan işi üzrə apellyasiya məhkəməsinə videoəlaqə vasitəsilə qatılıb. O, bir müddət öncə 2-ci Dünya Müharibəsi veteranını təhqir etməkdə təqsirli bilinib. Müxalifətçi məhkəmədə prokurorları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Başı qırxılmış, xeyli arıq görünən Navalnı Putini “lüt imperator” adlandırıb, deyib ki, Rusiya onun idarəçiliyi altında hər il geriləyir.
“Tac imperatorun qulaqlarından sürüşüb düşür: TV-də yalanlar eşidilir, trilyonlarla rubl xərclənir, amma ölkəmiz yoxsulluğa yuvarlanır”, – Navalnı vurğulayır.
Emosional çıxışından az sonra hakim Navalnının apelyasiya şikayətini təmin etməyib.


Tarix: 30-04-2021, 14:47 Oxunub: 240


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930