Bakıda ağır qəza: Avtomobillərdən biri dövlət idarəsinin binasına çırpıldı - FOTO

Bakıda iki minik maşını toqquşub. 
Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. 
Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub. 
Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət idarəsinin yaxınlığındakı mühafizə xidmətinə məxsus köşkə çırpılıb. 
Hadisə nəticəsində xəsarət alan olmayıb. 


Tarix: 10-07-2020, 11:55 Oxunub: 215


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930