16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Karantin dövründə Qurban bayramı necə olacaq?

Qarşıdan Qurban bayramı gəlir. Bu bayram islam ölkələrində, o cümlədən, Azərbaycanda geniş və təmtəraqlı qeyd olunur.
Baku.Tv xəbər verir ki, amma bu il bir çox bayramlar kimi, Qurban bayramı da pandemiya dövrünə təsadüf edəcək. Bayramda əsas məsələ gigiyenik qaydalara, əsas da yoluxma riskinin az olması üçün sosial məsafəyə diqqət etməkdir.
Qəssabların sözlərinə görə, bayramda ət kəsimi karantin şərtlərinə uyğun aparılacaq. Kütləvilik və anti-sanitar vəziyyətə şərait yaradılmayacaq. Qurbanı fərdi şəkildə kəsənlər şəxsi gigiyenaya diqqət yetirməklə ev şəraitində bunu həyata keçirə bilərlər.
Bəs onlayn şəkildə qurban ətini necə əldə etmək mümkündür? Ekspertlər bu məsələdə mövcud təcrübədən yararlanmağı təklif edirlər.
Respublikanın Baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyir ki, əti əvvəlcədən market və ya ət kəsimi məntəqələrindən sifariş edərək, müəyyən olunan vaxtlarda da ət kəsimi məntəqəsinə yaxınlaşaraq sifarişi təhvil almaq daha məqsədəuyğundur. Həmçinin heyvan kəsimində iştirak edən hər kəs həkim müayinəsindən keçməlidir. Sağlamlıq sənədi olmayan şəxslər bu işin icrasından uzaqlaşdırılacaqlar.


Tarix: 9-07-2020, 20:36 Oxunub: 108


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930