Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev jurnalist Veysəl Qasımovu (Əylisli) məhkəməyə verib.
Bu barədə Bia.az-a Veysəl Əylislinin özü bildirib.
Veysəl Əylisli qeyd edib ki, O, Suraxanı rayon ərazisində bir necə sakinin şikayətini araşdıraraq facebook səhifəsində və Tik-Tok-da paylaşıb. Təxminən bir ay əvvəl isə bir şikayətçi Suraxanı rayonu ərazisində kicik torpağını hasara almaq istəyərkən İcra Hakimiyyətinin əməkdaşları buna maneə yaradıb. Veysəl Əylisli isə bu məsələni facebook səhifəsində və Tik-Tok-da ictimailəşdirib. Bundan sonra jurnalistə təzyiqlər başlanıb. Onu müxtəlif bəhanələrlə "ilişdirməyə" cəhdlər olunub.
Veysəl Əylisli bildirir ki, başcı ilə görüşə dəvət olunsa da getməyib. Bu haqda 23.11.2024- cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyevə mesaj yazaraq görüşmə səbəbini öyrənmək istəyib. Adil Əliyev isə "məhkəmədə görüşəcəyik" deyə cavab verib.
Jurnalist bunu ciddi qəbul etməsə də dünən onun qeydiyyatda olduğu Ordubad Rayon Məhkəməsindən barəsində xüsusi ittiham qaydasında şikayət olması haqda zəng gəlib.
Veysəl Əylisli deyir: "Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyevin barəsində hec bir qanun pozuntusuna yol verməmişəm, sadəcə öz facebook səhifəmdə və Tik-Tok-da şikayətcilərin verdiyi şikayət məktublarını dərc etmişəm. Görünən odur ki, İcra başcısının etdiyi özbaşınalıqları işıqlandırdığım ücün məhkəməyə verilmişəm".
Qeyd edək ki, Veysəl Əylisli Qaynarxett.az saytının müxbiridir.
Bölməyə aid digər xəbərlər