Bakı şəhər sakini Nailə Rasim qızı Xanməmmədova tərəfindən BİA.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edən vətəndaş Bakı şəhər sakini Kənan Maarif oğlu Əliyev tərəfindən şərə, böhtana və təhdidlərə məruz qaldığını bildirir. Şikayət məktubunu oldugu kimi dərc edirik:
"Cənab prezident! Sizə bildirirəm ki, mən Kənan Əliyevlə 2020-ci ilin aprelində ümumi tanışım Elçin adlı şəxsin vasitəsilə tanış olmuşam. Elçin mənə Kənanın sələmçi olduğunu, faizə pul verdiyini bildirib. Mən əvvəl Kənandan 10 min manat 10 faiz sələmiylə pul götürdüm və vaxtında faiziylə birgə borcumu ödədim. Beləliklə, müntəzəm olaraq ondan gündəlik və həftəlik müxtəlif miqdarda pul göturub sələmiylə birgə ödəyirdim. Bu tanışlıqdan təxminən 3 ay sonra iyunun 19-da haqqımda həbs-qəti imkan tədbiri seçildiyi üçün işgüzar münasibətlərimiz kəsildi. İstintaq dövründə Kənan Əliyev mənim saxlanıldıgım Kürdəxanı Təcridxanasına gəlir, mənə pul və ərzaq bağlaması gətirirdi. Hətta mənimlə görüş də alırdı. Görüşlərin birində Kənan bildirdi ki, mənim həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün Binəqədi Polis İdarəsinin baş müstəntiqi olan Mehman Ələsgərova 22 000 (iyirm iki min) manat verib. (Öyrəndim ki, pulun yarısını anam, yarısını da mənimlə tutulan Xeyrənisə Mustafayevanın anası verib). Düz 7 ay kecdi. Düzdü bizi 3 dəfə məhkəməyə apardılar, lakin ev dustaqlıgına buraxmadılar.
Qeyd edim ki, həmin istintaq zamanı Kənan Əliyev də Bakı Baş polis idarəsinə cagırılıb və mənim barəmdə izahat alınıb. O, izahatında yazıb ki, Nailə Xanməmmədovanın ona hec bir borcu yoxdur.
Hətda mənə məxsus olan qızıllarımı Kənan mənim razılıgımla götürüb satırdı.
1 il 6 aydan sonra Agır Cinayətlər Məhkəməsində bizim işimizə baxıldı və mən azad olundum. Sonra apellyasia məhkəməsi dövründə Kənan mənə yaxınlaşıb dedi ki, yenə birlikdə işləyə bilərik. Mən ondan müəyyən qədər pul götürüb 10 faiz müamiləsilə qaytarırdım. Təxminən məhkəmənin sonlarında Kənan mənimlə görüşdü, vəziyyətimi soruşdu. Dedim ki, pisəm, şikayətcilərin borcunu ödəməliyəm. O, mənə bildirdi ki, pulu yoxdur, ancaq bir dostu var, ondan alıb verər. Razılaşdım. Səhəri o, dostu Həsən adlı şəxslə yanıma gəldi. Həsən bildirdi ki, o, saatlıq, günlük 10 faizə pul verir. Mən ondan 6 saatlıq 20 000 manat pul götürdüm və 6 saatdan sonra 22 000 manat faizi ilə bərabır qaytardım. Səhəri gün Kənana bildirdim ki, belə işləmək cox risqlidir. Dostuna desin, hec olmasa bir günlük pul versin. Kənan dedi ki, mən onu həll edərəm. 2 gün sonra Kənan zəng edib dedi ki, dostu Həsənlə razılaşıb, nə qədər pul lazımdır günü 10 faizdən götürə bilərsən. Səhəri gün mən Həsəndən Kənanın iştirakı ilə 9 gün müddətində müxtəlif məbləqlədə faizə pul götrdüm. Götürdüyüm məbləgi odəməklə bərabər Həsənə 10 500 manat faiz ödədim.
Məhkəmənin axırı idi, mütləq şikayətcinin pulu ödənməliydi. Mən yenə Kənana müraciət etdim. O, dedi ki, Həsəndən götürdüyün pulla get işini nizamla, Həsənlə özüm danışaram. Mən onun dediyi kimi etdim. Sonra Kənanla görüşdüm, dedi ki,Həsənlə danışmışam, hec bir narahatcılıq yoxdur, faizi donduracaq.
Bir müddət kecəndən sonra Kənan mənə zəng edib dedi ki, bəs sən nə fikirləşirsən, gündəlik faiz mayanın üstünə yıgılır, neyləyəcəksən, pulu qaytarmaq lazımdır. Mən ona bildirdim ki, bəs, sən dedin axı, Həsənlə danışmısan, faizi saxlayacaq. Cavabında dedi ki, elə söhbət olmayıb, mən pulun verilmə vaxtını uzatmışam, faiz isə üst-üstə yıgılır, borcunu təcili baglamalısan, yoxsa sənə pis olar. Mən bilmədim neyləyim. Borcum şişməsin deyə əl-ayaga düşdüm, axır ki, bir rəfiqəmi evini müvəqqəti girova qoyub, pul götürməyə razı sala bildim. Kənana zəng edib dedim ki, bir ev var, onu girov qoyub 150 000 manat pul götürmək lazımdır. O, bildirdi ki, maraqlanıb sənə deyərəm. 2 gündən sonra zəng edib dedi ki, görüşək, bir əlac tapmışam. Görüşdük, Kənan dedi ki, evi özüm girov götürürəm, 150 000 manatı isə Həsənə verib borcu baglayarıq. Sonra sən 150 000 manatı hissə-hissə mənə ödəyərsən. "Ev mənim deyil rəfiqəmindir, Həsənə də cəmi 50 000 manat borcum var, 30 000 manat əsas pul 20 000 manat da faizi", dedim. Onun ic üzü acıldı, "bilirsən, sənin başına nə oyun gətirərlər", dedi, əsib- cöşdu. "Axşam pulun dalınca məhləmizə gələcəyəm"-dedi. Mən də cavab verdim ki, əyər belə hərəkət eləsən, mən də 102 xidmətinə zəng edəcəm. O. gör sənin başınanə oyun gətirəcəyəm, deyə acıqla cıxıb getdi.
O gündən təxminən 2 hətə sonra Kənan mənim vatcap nömrəmə bir mesaj göndərdi. O, məndən Binəqədi rayon 5 nömrəli polis bölməsinə şikayət etdiyini bildirirdi. Düzü əvvəl buna inanmadım, fikirləşdim ki, yəqin yenə hədə-qorxu gəlir.
29 avqust tarixində mən rayonda idim. 077 312 -91 -20 nömrəsindən mənə zəng gəldi. Özünü 5-ci polis bölməsinin tədqiqatcısı oldugunu bildirən Amil adlı şəxs amiranə surətdə "5-ci bölməyə yaxınlaş", dedi. Mən rayonda oldugumu bildirdim və soruşdum ki, nə məsələdi. Gəl, burada bilərsən, deyə o polisə yaraşmayan kobud səslə cavab verdi. Ona bildirdim ki, anam agır şəkər xəstəsidir, böyrəyində də daş var, təcili əməliyyat olunmalıdır. Bazar ertəsi günün birinci yarısı gələrəm. Ö, isə məni və xəstə anamı məcburi surətdə polisə gətirəcəyi ilə təhdid etdi.
Mən vəkilimə zəng edib bu barədə ona məlumat verdim və maraqlanmasını xaiş etdim. Vəkil mənə zəng edib bildirdi ki, tədqiqatcı ilə danışıb və həftənin birinci günü bölməyə gələcəklərini bildirib. Bir saat kecməmişdi ki, həmin nömrədən vatcapla mənə zəng gəldi, acdım, yenə bayaqkı tədqiqatcı Amil idi. "O vəkil kimdi ki, salmısan üstümə. Tək gəl, 350 mini də gətir! Mən soruşdum ki, nə 350 min? O cavabinda dedi, Kənandan alıb qaytarmadıgın 350 min. Dedim, mənim Kənana o qədər borcum yoxdur, gələrəm izahat yazaram.
Bundan təminən 2 saat kecmişdi ki, Kənan mənə sifariş yolladı ki, indi işi alıb Binəqədi rayon Polis idarəsinə kecirəcək. Mənim də başıma görün nə oyunlar gətirəcək?!
Şənbə günü sentyabrın 2-də isə özünü Binəqədi rayon Polis İdarəsinin tədqiqatcısı adlandıran şəxs mənə zəng edərək idarəyə gəlməyimi bildirdi. Mən ona da həftənin birinci günü gələcəyimi dedim.
Bəli, dögrudan da cox maraqlıdır ki, Kənan nə deyirsə hələlik onu da eləyir...
Mən dögrudan da Kənandan faizə pul götürmüşəm, ancaq həmişə vaxtında faizi ilə birlikdə ödəmişəm. Yaranmıış 50 000 manat (30 000 manat əsas verilən pul, 20 000 manat isə onun sələmi borcum da Kənan Əliyevin əvvəlcədən mənə qurdugu oyunun nəticəsində baş verib. Məndə elə qənaət yaranıb ki, Kənan Əliyev yalan danışır və sadəcə olaraq polis müstəntiqi Mehman Ələsgərova 22 000 manat rüşvət verdiyi də şər və böhtandır. Bir polis zabitinə böhtan atan şəxs indi hüquq-mühafizə orqanlarını öz oyununa alət etmək istəyir. Kənan Əliyevin Kürdəxanı Təcridxanasına göndərdiyi pul və ərzaq bağlamalarını hesaba alsalar Kənana müəyyən qədər borcum ola bilər. Əgər, istintaq təsdiq etsə ki, Kənan Əliyev müstəntiq Mehman Ələsgərova 22 000 manat rüşvət verib, mən hec o pulun adını cəkmərəm. Mən əminəm ki, Kənan Əliyev müstəntiq Mehman Ələsgərova pul verməyib, sadəcə olaraq o pulu özü mənimsəyib. Kənan Əliyevin ayrı-ayrı vaxtlarda mənə yazdığı mesajları oxusanız bu şəxsin hansı axlaq, mənəviyyat sahibi olduğunu görərsiniz. Həmin vatsap mesajlarının açıqlanacağı halda məlum olacaq ki, Kənan Əliyev polis müstəntiqinə niyə böhtan atıb, niyə indi də məni şərləməyə çalışır. Məndə Kənan Əliyevə faiz ödədiyimi sübut edən mesajlar, pul göndəriş qəbzləri və şahidlərim var. Eyni zamanda haqqın və ədalətin ortaya çıxması üçün Kənan Əliyevlə bağlı əlimdə olan butun faktları hüquq-mühafizə orqanlarına və ictimiyyətə təqdim edəcəyəm.
Cənab Prezident! Mənim inandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir, Sizlərdən kömək istəyirəm. Vaxtı ilə səhlənkarlıgım nəticəsində bir səhvim olub. Cəzamı hələ də cəkirəm. Sizdən acizanə xaiş edirəm ki, barəmdə aparılan istintaq işini xüsusi nəzarətə götülməsi barədə göstəriş verəsiniz.
İmza:
Hörmətlə Nailə Rasim qızı Xanməmmədova"
BİA.az
Bölməyə aid digər xəbərlər