Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb

Bütünlükdə qlobal kriptovalyuta bazarının kapitallaşması rekord həddə - 2,3 trilyon ABŞ dollarına çatıb ki, bu da dünyanın ən bahalı şirkəti olan “Apple”ın göstəricisindən çoxdur.

“Report” xəbər verir ki, bunu “CoinMarketCap” portalının məlumatları göstərir.

Portalın məlumatına görə, Bakı vaxtı ilə saat 12:52-yə olan vəziyyətə əsasən, son sutka ərzində kriptovalyuta bazarının kapitallaşması 5,2% artaraq 2,3 trilyon ABŞ dollarına çatıb. Bu dəyərin demək olar ki, 48%-i bitkoinin payına düşür – onun kapitallaşması 1,1 trilyon ABŞ dolları təşkil edir ki, bu da aprel ayının ortalarındakı tarixi rekorddan (1,2 trilyon ABŞ dolları) azdır.

Bu arada, dəyərinə görə dünyanın ən böyük şirkəti olan “Apple”ın kapitallaşması cümə günü ticarətin sonunda 2.19 trilyon ABŞ dolları olub.
Yeri gəlmişkən, bitkoinin qiyməti indi 4,8% artaraq 58,8 min ABŞ dollarına qədər yüksəlib.


Tarix: 3-05-2021, 15:20 Oxunub: 143


Bölməyə aid digər xəbərlər


«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031