16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
“Kontakt Home” “Apple” brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu

Elektronika və mebel satışı üzrə ölkənin aparıcı satış şəbəkələrindən olan “Kontakt Home” bütün dünyada məşhur “Apple” brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu. Şəbəkə ötən ay həyata keçirdiyi rebrendinq zamanı müştəriləri yeniliklərlə sevindirəcəyini bildirmişdi. Daha əvvəl “Bosch”, ardınca isə “Apple” brendinin rəsmi tərəfdaşlığının elanı hər kəsi sonrakı yeniliklərlə bağlı da həyəcanlandırır.
“Apple”la əməkdaşlıq “Kontakt Home” müştərilərinə aşağıdakı imtiyazları qazandırır:
- Birbaşa istehsalçıdan qlobal zəmanətli məhsul almaq imkanı. Qlobal zəmanət “Apple”ın dünya üzrə bütün rəsmi satış mərkəzlərində keçərlidir;
- “Apple” məhsullarının ən geniş çeşidini görmək və istədiyi məhsulu seçmək imkanı;
- Bazara çıxan yeni “Apple” məhsullarını ölkədə birinci əldə etmək imkanı;
- Məhsulların diaqnostika və təmirinin rəsmi “Apple” servisi tərəfindən həyata keçirilməsi;
- “Apple” şirkəti tərəfindən təlim görmüş əməkdaşlar tərəfindən məhsul seçimində kömək.
Hazırda “Kontakt Home” mağazalar şəbəkəsində “Apple” məhsullarının 100-dən çox çeşidi:
telefonlar, planşetlər, smart saatlar, “Macbook” və “iMac”, qulaqlıq və aksessuarları təqdim olunub. Bütün “Apple” məhsullarına (aksessuarlar istisna olmaqla) bir illik rəsmi zəmanət verilir.
“Kontakt Home” mağazalarında, həmçinin kontakt.az saytında bir çox “Apple” məhsulunu nağd alışda xüsusi endirimlə almaq imkanı var. “Birkart”, “Tamkart”, “Albalıkart” və “Bolkart” sahibləri endirimli nağd qiyməti 24 ayadək faizsiz hissələrə də bölə bilər. Bundan başqa, “Apple” məhsullarını “Kontakt Home”da hissəli alış şərtləri ilə ala bilərsiniz. Məsələn, yenilənmiş “iPhone SE” smartfonunu ayda 59 manatdan başlayan hissə-hissə ödəniş şərtləri ilə almaq imkanı var.
Qeyd edək ki, ölkəmizə hələ də qeyri-rəsmi satış kanallarından məhsullar daxil olur. Lakin “Kontakt Home” birbaşa brendlərlə əməkdaşlıq etməklə müştərilərinə yalnız orijinal və keyfiyyətli məhsul və xidmət göstərməyi üstün tutur. “Kontakt Home” “Apple”in rəsmi satış mərkəzi olmaqla bərabər, “Samsung”, “LG”, “Bosch”, “Philips”, “Sony”, “Braun” kimi 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi distribüteridir.
Hazırda Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 25 mağazası və bir onlayn mağazası var. Hazırda ölkədə mövcud xüsusi karantin rejimi ilə əlaqədar onlayn mağaza fəaliyyət göstərir. Müştərilər telefon və ya kompüterlə kontakt.az saytına daxil olub, istədiyi məhsulu xüsusi endirimlə sifariş edə bilər. Sifarişlər pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapıyadək çatdırılır. Ödənişi istər onlayn, istərsə də qapıda nağd və ya bank kartı ilə etmək mümkündür. Hissəli alış şərtlərindən yararlanmaq istəyənlərin isə sənədləşmə üçün harasa getməsinə ehtiyac yoxdur. “Kontakt Home” mütəxəssisləri sənədləşməni elə ünvanda həyata keçirir.
Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u Instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.


Tarix: 21-07-2020, 09:48 Oxunub: 132


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930