19:54 / 27-05-2026
Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO
11:45 / 27-05-2026
28 MAY – MİLLƏTİN YENİDƏN DOĞULDUĞU GÜN
16:43 / 06-05-2026
Təhsilə sədaqətin parlaq nümunəsi – Elnarə Vəliyeva
16:39 / 06-05-2026
Təhsilə həsr olunan nümunəvi rəhbərlik – Mehriban Poladova
20:09 / 02-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
19:10 / 29-04-2026
Paytaxtın mərkəzində açıq-aşkar qanunsuzluq: “DRAKON” adı altında fəaliyyət göstərən əxlaqsızlıq məkanı ifşa olunur. FAKT
22:31 / 23-02-2026
Şamaxı "kommuxoz"unda NƏ BAŞ VERİR? – Müqaviləsiz “arenda” iddiası...
13:34 / 23-02-2026
Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova KİMDİR...
21:57 / 06-02-2026
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
14:23 / 03-02-2026
Uşaq qidası üzərindən suallar: Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalarda şəffaflıq varmı?
12:27 / 28-01-2026
Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...
12:22 / 28-01-2026
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
12:18 / 28-01-2026
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
19:45 / 06-01-2026
Xırdalanda daha bir QANUNSUZLUQ - Park ərazisində uşaq meydançasını zəbt edib yerində ikimərtəbəli obyekt tikilir - VİDEO
17:59 / 23-12-2025
Bakıxanovda “görünməyən icazələr”: qanunsuz tikinti iddiaları, torpaq zəbtı və cavabsız suallar
10:41 / 27-11-2025
Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu
13:23 / 21-11-2025
Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO
12:44 / 07-11-2025
Bu tarixi gün Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, milli suverenliyin, azadlığın və müstəqilliyin rəmzi kimi dəyərləndirilir
01:52 / 21-10-2025
Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
13:30 / 14-10-2025
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE
18:46 / 13-10-2025
Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto
18:43 / 13-10-2025
Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı
18:41 / 13-10-2025
MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
16:50 / 13-10-2025
Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir
12:48 / 06-10-2025
Kitabın ruhunu yaşadan ALİM...
12:29 / 30-09-2025
Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbahar Haqverdiyeva
15:07 / 26-09-2025
Təhsil və Media: Tamerlan Əkbərov işini yalnız vəzifə kimi deyil, həm də missiya kimi görür
12:43 / 23-09-2025
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
"Xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.”

Bölməyə aid digər xəbərlər

Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edirik. Hər bir uğur böyük səylərin, qətiyyətin, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirərək 8 noyabr 2020-ci il tarixdə xalqa müraciətində bu fikirləri böyük qürur hissi ilə qeyd etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində Azərbaycanın uğurlu gələcəyi naminə növbəti inamın ünvanını göstərərək bu əminliyi ifadə etmişdir ki, ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Dövlət başçısı İlham Əliyev 19 illik Prezidentlik dövrünün hər gününü Azərbaycan xalqının tarixinə uğur səhifəsi kimi yazdı. Dövlətinin, xalqının gələcəyini düşünən, imzalar arasında imzasının görünməsindən böyük qürur hissi keçirən Lider daim yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə və onlara çatmağa səy göstərəcək. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.
Prezident İlham Əliyev dövlət siyasətinin müasir modelini təqdim etdi. Yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan dövlət başçısı İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.
Bu gün Azərbaycanın tarixi Zəfərindən bəhs ediriksə, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildiyini xüsusi qeyd etməliyik” söyləyən millət vəkili onu da əlavə edib ki, 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur: “Ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən oldu. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan Ordumuzun göstərdiyi şücaət, qəhrəmanlıq hər birimizi qürurlandırır. 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək torpaq, Vətən sevgisinin ən yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın müharibəsiz Azərbaycana qaytarıldı. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri dünyaya bir daha bu mesajı çatdırır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Dövlət başçısı İlham Əliyev ötən il doğum günündə Şuşanın məşhur Cıdır düzündən bu mesajı ünvanladı: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.” Bir mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev həyatındakı əlamətdar, sevincli günləri hər zaman xalqı ilə bölüşür. Onun tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfəri, döğum günlərində məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşməsi də bunun təsdiqidir. Dövlət başçısı bu cür əlamətdar günlərində şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev ötən il 60 illiyini də Qarabağda – Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirdi və bu məkandan belə bir çağırışı səsləndirdi: “Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq".
Nəbi İskəndərov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri
Tarix: 24-12-2022, 12:03 Oxunub: 107
Bölməyə aid digər xəbərlər
30-03-2021, 21:54
Biz bir xalq olaraq bütünləşə, birləşə bildik - ƏLİ HÜSEYNOV
21-01-2021, 16:40
20 Yanvar Azərbaycan tarixində milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür - DEPUTAT
7-01-2021, 19:57
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir - Tural Hüseynli
14-11-2020, 13:50
Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi - Tural Hüseynli
8-09-2020, 16:16
Valeh Mamedov: "Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 09:40
Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə bəyanat yayıb
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:39
“Sehirli qutu”nun cazibəsi davam edir: Ümidlə yeni mövsümə doğru…
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















