19:54 / 27-05-2026
Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO
11:45 / 27-05-2026
28 MAY – MİLLƏTİN YENİDƏN DOĞULDUĞU GÜN
16:43 / 06-05-2026
Təhsilə sədaqətin parlaq nümunəsi – Elnarə Vəliyeva
16:39 / 06-05-2026
Təhsilə həsr olunan nümunəvi rəhbərlik – Mehriban Poladova
20:09 / 02-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
19:10 / 29-04-2026
Paytaxtın mərkəzində açıq-aşkar qanunsuzluq: “DRAKON” adı altında fəaliyyət göstərən əxlaqsızlıq məkanı ifşa olunur. FAKT
22:31 / 23-02-2026
Şamaxı "kommuxoz"unda NƏ BAŞ VERİR? – Müqaviləsiz “arenda” iddiası...
13:34 / 23-02-2026
Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova KİMDİR...
21:57 / 06-02-2026
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
14:23 / 03-02-2026
Uşaq qidası üzərindən suallar: Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalarda şəffaflıq varmı?
12:27 / 28-01-2026
Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...
12:22 / 28-01-2026
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
12:18 / 28-01-2026
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
19:45 / 06-01-2026
Xırdalanda daha bir QANUNSUZLUQ - Park ərazisində uşaq meydançasını zəbt edib yerində ikimərtəbəli obyekt tikilir - VİDEO
17:59 / 23-12-2025
Bakıxanovda “görünməyən icazələr”: qanunsuz tikinti iddiaları, torpaq zəbtı və cavabsız suallar
10:41 / 27-11-2025
Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu
13:23 / 21-11-2025
Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO
12:44 / 07-11-2025
Bu tarixi gün Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, milli suverenliyin, azadlığın və müstəqilliyin rəmzi kimi dəyərləndirilir
01:52 / 21-10-2025
Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
13:30 / 14-10-2025
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE
18:46 / 13-10-2025
Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto
18:43 / 13-10-2025
Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı
18:41 / 13-10-2025
MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
16:50 / 13-10-2025
Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir
12:48 / 06-10-2025
Kitabın ruhunu yaşadan ALİM...
12:29 / 30-09-2025
Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbahar Haqverdiyeva
15:07 / 26-09-2025
Təhsil və Media: Tamerlan Əkbərov işini yalnız vəzifə kimi deyil, həm də missiya kimi görür
12:43 / 23-09-2025
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti
Şəmsəddin Əliyev,
‘‘Polisə Dəstək’’ İctimai birliyin sədri.
Bölməyə aid digər xəbərlər

‘‘Cәza sәrtliyi ilә yox, labüdlüyü ilә cinayәtlәrin xәbәrdarlığına sәmtlәnәn tәsir vasitәsidir"
Çezare Bekkariyә,
italya mütәfәkkiri, publisist, hüquqşünas vә filosof.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2024-cü ilin 6 ayı ərzində cinayətkarlıqla mübarizə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair növbəti Kollegiya iclası keçirilib. Kollegiya iclasında Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsini, paytaxtda beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərin keçirilməsi zamanı ictimai təhlükəsizliyin təmin olunmasını və hələ qarşıda duran mühüm vəzifələrin uğurla icra ediləcəyini xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı olduğunu vurğulamışdır. 2024-cü ilin 6 ayı ərzində müvafiq orqanlar üzrə qeydə alınmış 18.518 cinayətlərin 90, 7%- nin açılması təmin edilmiş, bu cinayətlərin 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan ictimai-təhlükəli əməllərə aid olmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ildə əhali arasında həyata keçirilən kompleks maarifləndirmə və profilaktik xarakterli tədbirlər nəticəsində ağır və xüsusilə ağır cinayətlər 21,7%, mülkiyyət hüququna yönələn qəsdlər 11,4%, oğurluqlar 38,9%, quldurluqlar 10,3%, soyğunçuluqlar 41,3%, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4%, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər isə 3,9 faiz azalmışdır. Bu mənada, hesabat dövründə keçmiş illərdən bağlı qalmış 246, qeydiyyata alınmış 2314 cinayətin “isti izlərlə” açılması təmin edilmişdir. CM-nin müxtəlif maddələri ilə axtarışda olan şəxslərin isə 79 %-nin yerinin müəyyən edilərək tutulması və əhalidə saxlanılan 5.053 ədəd müxtəlif növ odlu silahların yığılması da aparılan sistemli fəaliyyətin nəticəsidir - deyərdim. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri də prinsipiallıqla davam etmiş 356 qrup, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal dəstə zərərsizləşdirilmişdir. 2024 cü ilin 6 ayı ərzində qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılmış, 296 tondan artıq narkotik xassəli bitkilər məhv edilmişdir. Bu gün, DİO əməkdaşlarının Konstitusion normalardan artıq çalışması və peşəkar fəaliyyətlərinin canlı təzahürü olaraq ölkədə sosial inkişafın əsası sayılan ictimai-siyasi sabitlik cinayətkarlıqla, habelə Transmilli Mütəşəkkil cinayətlərin növləri ilə aparılan məqsədyönlü mübarizənin əyani sübütüdur. Bu ilin noyabr ayında Bakının 80 mindən çox qonağı-nümayəndəni qəbul edəcəyi COP-29 beynəlxalq missiyalı tədbirin keçirilməsində də əsas faktor ölkədə sabitliyin və vətəndaşların, habelə vətəndaşlığı olmayanların təhlükəsizliyinin təmin olunmasıdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polisin çoxşaxəli, özünə xas xidməti fəaliyyətini yüksək qiymətləndirmişdir: ‘‘Bu gün Azərbaycan polisi öz vəzifə borcunu layiqincə icra edir. Azərbaycanın hərtərəfli inkişafında, ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır. Aərbaycanın iqtisadi potensialının artması ölkədə davamlı sabitliyin nəticəsidir’’.
Cinayətkarlığa qarşı mübarizədə polis əməkdaşlarının qulluq funksiyalarının icrasında əzm və fədakarlıq göstərməsi, Azərbaycan Respublikasının Konstitutyasına və qanunlarına, xidməti fəaliyyətlərini tənzimləyən digər normativhüquqi aktlara, müvafiq əmr və təlimatlara sədaqət nümayiş etdirməsi qürurla xatırlanır. Kollegiyaya yekun vuran nazir, general-polkovnik Vilayət Eyvazov cinayətkarlıqla mübarizədə vətəndaş məmnunluğunun təmin edilməsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi əsas-prioritet vəzifələrdən biri olduğunu diqqətə çatdırmış, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə önəm verilməsini, vətəndaşların müraciətlərinə qayğı və diqqətlə, onların qəbuluna həssaslıqla yanaşılmasını tələb etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların və ictimai dəstəyin fəal rolu da, yüksək qiymətləndirilmişdir. Bu gün,beynəlxalq ictimaiyyətin ciddi sosial bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq Bəşəriyyətin ən ağrılı prolemlərindən biri kimi narahatlıqla qarşılanır. Azərbaycan Respublikası bu sahəni tənzimləyən beynəlxalq hüquq normalarını tanıyır və BMT-nin konvensiyalarına qoşularaq bu növ cinayətlərə qarşı mübarizədə həvalə olunan mühüm vəzifələri uğurla davam etdirir. Təhsil müəssələrində vaxtaşırı həyata keçirilən maarifləndirmə xarakterli tədbirlərdə dövlət qurumları mütəxəssislərinin, peşəkar pedaqoq və narkoloqların, hüquqşünas və sosioloqların, habelə vətəndaş cəmiyyətinin iştirakı təqdirə layiqdir. Birgə tədbirlər nəticəsində yeniyetmə və gənclər arasında hüquqazidd hərəkətlərin qarşısının alınması, həssas qruplara malik kövrək nəslin zərərli informasiyaların təsiri altına düşməməsi və sağlamlığa zərər gətirəcək vərdişlərdən çəkinməsi sevindiricidir.
Gənclərin Polis Akademyasında təhsil almaq istəyinin son bir neçə il ərzində artdığını, bu sahədə Elm və Təhsil Nazirliyi ilə yaradılmış işçi qrupun fəaliyyətini, test sınaqlarında yüksək nəticələr göstərən, polis peşəsinə bağlı, fiziki hazırlıqlı namizədlərin seçimi də, Kollegiyada təqdir emişdir. Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən və qrup halında törədilən cinayətlərin sayında azalmanın müşahidə olunması Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə həyata keçirilən birgə fəaliyyətin bariz nümunəsidır.Kollegiya Respublika Daxili İşlər Orqanlarının fəaliyyətinə göstərilən ali diqqətə, polisin xidmətinə verilən yüksək dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxminli şəxsi heyət adından dərin minnətdarlığını bildirmiş və ölkədə ictimai təhlükəsizliyin təmini, vətəndaşların qanuni mənafelərinin və hüquq qaydasının qorunması sahəsində qulluq funksiyalarının layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir. Qeyd olunanlar belə deməyə əsas verir ki, polis, cinayətkarlıqla mübarizə fəaliyyəti zamanı tarixi ideologiyaya xas tərzdə cinayətkarı rəqibi qismində görür, onu təqib edir və onunla yorulmadan mübarizə - ‘‘müharibəni’’ aparmağı özünün əsas vəzifəsi kimi qəbul edir. Burada, ‘‘Son zərurət’’ və ‘‘Zəruri müdafiə ’’ halları da yaşanır. Əksər hallarda belə ekstremal şəraitdə polis əməkdaşı həyatı üçün riskli davranışdan yayına bilmir, ‘‘real təhlükəyə’’ uyğun davranması çətin olur. Döyüş meydanına bənzər bu meydanda çevik qərar qəbul etmək də, asan olmur. Ona görə də, polisin kompromisə getmədən əsas məqsədi ‘‘rəqibini məğlub’’ etmək, fəaliyyətinin əsas istiqamətlərinə istinad edərək bu mübarizədə hər vəchlə qalib çıxmaq üçün çalışmaqdan ibarətdir. Amma çox təəssüf ki, riskli xidmət fədailərindən həyatını itirənlər də az deyil. Ruhları şad olsun! Dərin hüznlə əbədiyyətə qovuşan hər bir polis əməkdaşının ətrafına və doğmalarına baş sağlığı verirəm!
Bütün cəmiyyətlərdə dövlətin legitimliyi polisin peşəkar fəaliyyəti ilə möhkəmlənir, hakimiyyətin verdiyi səlahiyyətlər və qanuni tələblər daxilində ictimai asayişin mühafizəsi təmin edilir. Polisin şərəfli missiyasında insan hüquq və azadlıqlarının müdafiəsi mənəvi, hüquqi və etik qaydaların tələblərini qorumaq da, əsas vəzifələrdəndir. Bu mənada müasir demokrafik dövlətlərin funksiyalarının icrasında polisin rolu danılmazdır. Polisin fəaliyyəti çoxşaxəlidir. Cinayətlətin və digər hüquqpozmaların qarşısının alınması və qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılması, cinayəti doğuran səbəb və şəraitin öyrənilməsi və aradan qaldırılmasına istiqamətlənən tədbirlər sistemi prioritet sayılan vəzifə tələbləridir. Bəzən sosial şəbəkələrdə səhv mühakimələr və təsəvvürlər yer alır. Belələri ölkədə, sabitliyin necə, hansı şəraitdə əldə edilməsinin fərqində deyillər. Polisin cəmiyyətdəki sosial rolu, səlahiyyət dairəsi və digər dövlət orqanları ilə qarşılıqlı əlaqəsi aşkar olduqda, artıq bu missiyada ictimai dəstəyin təmin edilməsi də, gündəmə gəlir. Polisin qanuni tələbi “məcburetmə” məqsədi daşımır. Çətin situasiyalarda bəzən polisin səlahiyyəti üzrə qanuni tələbi “hüququdur” – yox, vəzifəsi kim qəbul edilməlidir. Burada ‘‘gücə hüquq’’ verilmir, əksinə, ‘‘hüquqa güc’’ verilir. Dərk etmək yetər ki, hüququn və qanunun gücü olmayanda, güc hüquqa və qanuna söykənib xaos yarada bilər.

Qaynarxeber.az
Tarix: 24-07-2024, 15:43 Oxunub: 388
Bölməyə aid digər xəbərlər
30-05-2024, 09:47
Tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:39
Hərbi prokuror: “Silahlı Qüvvələrdə qeydə alınan cinayətlər ötən illə müqayisədə 37% azalıb”
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 10:42
Külək, leysan, şimşək - FAKTİKİ HAVA
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 23:16
Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır
19-07-2020, 17:14
“Qarabağ” kolumbiyalı futbolçu ilə müqavilə bağladı - FOTO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 17:55
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 12:30
Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”
7-07-2020, 12:27
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||