Hikmət Hacıyevdən Qarabağın erməni sakinləri üçün ÖNƏMLİ AÇIQLAMA: Ağdam-Xankəndi yolu işləkdir

“Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir”.

 “Report” xəbər verir ki, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir. Ancaq bu yoldan istifadədən imtina etdilər. Əlbəttə, bunun səbəbi sual doğurur. Məlumdur ki, burada niyyət Azərbaycana qarşı beynəlxalq ictimaiyyətdə siyasi manipulyasiya yaratmaqdır. Hətta bəlkə də bu məsələni BMT Təhlükəsizlik Şurasına və digər təşkilatlara daşımaqdır. Amma Azərbaycanın bu iddialara qarşı göstərəcək əsaslı arqumentləri var”, - deyə o bildirib.


Tarix: 16-08-2023, 11:38 Oxunub: 195


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930