16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Qobustanda başcı müavini Məharət Əkbərov şikayətcilər "YOLA VERİR" - Əslində O KİMDİR...



İşsiz bir şəxsi işlə təmin edib ona yaxşılıq etmək çox böyük savab bir əməldir, lakin onu işlə təmin edib daha sonra çəkdiyi əziyyətin, zəhmətinin haqqını verməmək isə ən böyük günahdır. Çünki işsiz bir insan normal yaşamaq üçün çox çətinliklər çəkir, hələ xüsusilə də ailəsi, övladları varsa bu onun üçün çox ağır olur, ona görə ki, onun özündən başqa ailə üzvlərini də düşünməsi vacibdir. Və həmin insan hansı əzab-əziyyətlə olursa olsun hər cür çətinliyə dözüb, bir iş üçün fədakarcasına çalışaraq, öz səyini əsirgəmədən, bir sözlə özünü oda-közə vuraraq ailəsinə bir tikə çörək aparmağa can atır. Zirveyolu.info xəbər verir ki, iş tapmaq üçün çətinliklər çəkən, həmçinin işlə təmin olunmasına baxmayaraq gördüyü işin tam zəhmət haqqısını ala bilməyən şəxslərdən biri də Qobustan rayon Bədəlli kənd sakini Canatov Natiq Şakərəm oğludur ki, o, redaksiyamıza məhz bu məqsədlə şikayət ərizəsi ilə müraciət etmişdir. İndi isə Canatov Natiq Şakərəm oğlunun başına gələnləri daha ətraflı öz şikayət ərizəsində qeyd etdiyi kimi təqdim edirik:


"Mən Qobustan rayon Bədəlli kənd sakini Canatov Natiq Şakərəm oğlu yazıb bildirmək istəyirəm ki, 2015-ci ildə mən Qobustan rayon İcra Hakimiyyətinin müavini Məharət Əkbərovun qəbulunda oldum və mənə Qobustan rayonunda yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Parkın təmirini etmək üçün iş təklif olundu və mən də sevə-sevə işi üzərimə götürdüm. İş çox olduğu üçün yoldaşlarla bərabər işi tamamladıq. Əlavə olaraq rayonda 100 yerlik uşaq bağçasının fasad təmirini də etdim. 2015-ci ildən indiyə qədər rəhbər şəxslərin qəbulunda olsam da hələ də mənə çatmalı olan zəhmət haqqımın 5200 (beş min iki yüz) manatı verilməmişdir. Qobustan rayon İcra Hakimiyyətinin müavini Məharət Əkbərovun qəbulunda olsam da əziyyət haqqımı almaq yerinə, əvəzində hədə-qorxu cavabları aldım.

Xahiş edirəm mənim bu müraciətim işıqlandırılısın ki, mən öz əlimin zəhmətini, halal pulumu ala bilim. Çünki borclar, banklar məni rahat buraxmırlar."

Ardı var...




 

Tarix: 7-04-2023, 13:04 Oxunub: 155


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930