16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirərsə, regionda sülh təmin olunacaq.

Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub. Tarixin bütün mərhələlərində Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıblar. Bu gün də Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır və xalqların birgəyaşayışı üzrə nümunə təqdim edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir. Hətta, Azərbaycanda fərqli dildə danışan insanların belə hər cür hüquq və imtiyazları mövcuddur və onların təhsilə çıxışları da təmin edilir. Təsəvvür edin ki, bu gün Azərbaycanda onlarla rusdilli məktəblər var. Bütün bunlar Azərbaycanın sülh, əməkdaşlıq, tolerant və multikultural ölkə olmasının sübutlarıdır. 

Hazırda Azərbaycanda minlərlə erməni yaşayır və ermənilərin incidilməsi haqqında bircə fakt belə yoxdur: Hər kəs yaxşı bilir ki, ermənilər Cənubi Qafqaza, Azərbaycanın ərazilərinə köçürülsələr də, uzun illər xalqımızla birgə yaşayıblar. Keçmiş SSRİ dönəmində isə bu birgəyaşayış daha da dərinləşmişdi. Lakin çox təəssüflər olsun ki, ermənilərin içərisindən olan təxribatçılar, şovinistlər, neonasistlər xalqlar arasında nifaq saldılar, Sumqayıt hadisəsini törətdilər, Qarabağı işğal etdilər, Xocalı soyqırımını törətdilər. Bu gün artıq həmin şovinistlər də, neonasistlər də öz dərslərini alıblar və nə zamansa baş qaldırmağa çalışarlarsa, yenidən “dəmir yumruğ”un gücünü görəcəklər. Amma sadə, millətçilikdən, qonşulara qarşı ərazi iddialarından uzaq olan ermənilərin yenidən Azərbaycan xalqı ilə yaşamaq şansı var. Hətta, cənab Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Çünki bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi mövcuddur.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də qeyd olunduğu kimi ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə xalqımız  son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqram uğurla icra olunacaq, quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz dogma torpaqlarında firavan yaşayacaqlar. 

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söyləyərək bir daha vurğuladı ki, “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq”.

Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb. 10 noyabr tarixində imzalanmış bəyanatın əsasında regionun inkişafına xidmət edəcək davamlı sülhün təmin edilməsi üçün imkanlar var: Bunun üçün isə mütləqdir ki, Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirsin. Davamlı sülhə nail olmaq həm də Ermənistan dövlətinin prioritet vəzifəsi olmalıdır. Əlbəttə ki, Azərbaycan davamlı sülhü ümumbəşəri sosial-siyasi dəyər hesab edir və bu səbəbdən də səbrlə, təmkinlə prosesləri izləyir, Ermənistanın təxribatlarına aqressiv reaksiya vermir, sülhün qorunub saxlanmasına çalışır. Ermənistan da öz növbəsində düşmənçilik səhifəsini çevirməyi bacarmalıdır. Əgər Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirərsə, regionda sülh təmin olunacaq. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası, üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması ilə Ermənistan da mənfəət əldə edəcək, beləliklə də sülhün xeyrini görəcək. 


 
T. HÜSEYNLİ,
Nəsimi rayonu.


Tarix: 4-03-2021, 13:47 Oxunub: 199


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930