Bakıda həkimin çantasından oğurluq edən şəxs kameraya düşdü - VİDEO

Bakıda özəl klinikalardan birində həkimin xidməti otağından edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən özəl klinikalardan birində olub.
Naməlum şəxs həkimin xidməti otağında olmadığı vaxtdan istifadə edərək otağa daxil olur. Bu zaman həmin qadın həkimə məxsus çantadan pul qabını oğurlayaraq xəstəxanadan uzaqlaşıb.
Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə məlumat verilib. Polis təhlükəsizlik görüntülərinə əsasən, oğurluğu törədən qadının şəxsiyyətinin müəyyənləşdirilərək tapılması istiqamətində iş aparır.
Qadını tanıyanlardan və ya görənlərdən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etmələri xahiş olunur.
[video=]


Tarix: 10-07-2020, 23:48 Oxunub: 208


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930