Kürdəmirdə ata oğlunu öldürdü

Kürdəmirdə qətl hadisəsi törədilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.
Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.


Tarix: 12-07-2020, 10:53 Oxunub: 255


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930