Həbibin Makqreqorla revanş görüşünün şərtləri açıqlandı

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun revanş görüşünün şərtləri açıqlanıb. 
“Vestnik Kafkaza” xəbər verir ki, bununla bağlı Həbibin meneceri Əli Əbdül-Əziz açıqlama verib. 
“Castin Qetji Konorla görüşdən imtina edib. İndi biz öndəyik, Konor isə geridədir. O, bir döyüş udmalıdır. İndi ilk yerlərdə Həbib və Qetji qərarlaşıb. Konor isə dördüncü ya beşincidir”.
Onun sözlərinə görə, əvvəlcə Makqreqor hansısa güclü rəqibə qarşı döyüşməlidir:
“Konor Həbiblə döyüşmək üçün Maxaçevlə görüşməlidir. O zaman Həbib revanşa razı olacaq”.
Qeyd edək ki, Həbib 2018-ci ilin oktyabrında keçirilən görüşdə Konor üzərində inamlı qələbə qazanıb.


Tarix: 20-07-2020, 01:12 Oxunub: 165


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930