Samuxda elektrik yarımstansiyasında partlayış baş verdi: Yaralanan var

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb. 
APA-nın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.
1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin ikinci və üçüncü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. 
İlkin məlumata görə, xəsarət alan şəxs Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib. 
Hadisənin başvermə səbəbləri araşdırılır.


Tarix: 20-07-2020, 22:52 Oxunub: 146


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930