Roza Zərgərli koronavirusa yoluxdu

Müğənni Roza Zərgərli koronavirusa yoluxub.
Axşam.az xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır.
O bildirib ki, hazırda səhhəti yaxşıdır:
“Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətlərini hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə “buzlu şüşə” göründü. Evə qayıdıb, özümü müalicə etdim.
Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı odur ki, bütün ailə üzvləri bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə oldu.
İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.


Tarix: 20-07-2020, 14:05 Oxunub: 110


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930