Siqaret qaçaqmalçılığının qeyri-adi yolu - VİDEO

Macarıstan sərhədçiləri günün qaranlıq vaxtlarında təyyarə və ya deltaplanla daşınan siqaretləri ölkə ərazisinə paraşütlə atan ukraynalıları saxlayıblar.
Müvafiq video “Facebook”da yayımlanıb.
[video=]
Ümumilikdə qaçaqmalçılar təxminən 26 min paket siqaret çatdırıblar. Bağlamalar sərhəd kəndinə atılıb. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı narkotik, termal görüntülər, videonəzarət kameraları və Macarıstanda qadağan olunmuş qaz baloncuqları aşkar edilib.
Cinayətkarlar hazırda həbsdədirlər. Onları səkkiz ilə qədər azadlıqdan məhrumetmə gözləyir.


Tarix: 19-07-2020, 11:59 Oxunub: 123


Bölməyə aid digər xəbərlər
10-07-2020, 09:59 Qazaxda raket tapılıb - FOTO


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930