Metronun açılmama səbəbi məlum oldu - VİDEO

Artıq məlum olduğu kimi avqustun 5-dək davam edəcək sərt karantin rejimi dövründə Bakı metropoliteni bağlı qalacaq. 
AzTV-də yayımlanan  “Hədəf" verilişində qonaq olan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev metronun bağlı qalması məsələsinə aydınlıq gətirib.
O bildirib ki, metropolitenin fəaliyyətinin dayandırılması bilavasitə onunla əlaqədardır ki, metro qapalı məkandır və şaxta prinsipi əsasında fəaliyyət göstərir: 
“Metronun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virus düşdüyü halda bütün sistemi yoluxdura bilər. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də koronavirusa qarşı mübarizə çərçivəsində məhdudiyyətlər ictimai nəqliyyatdan ilk metropolitenə tətbiq edilir”.
[video=]


Tarix: 17-07-2020, 23:25 Oxunub: 126


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930