Tovuzda xəstəxananın vurulması iddiası dezinformasiyadır - Oxu.Az cəbhədən xəbər verir

Bu gün sosial şəbəkə istifadəçiləri Ermənistan ordusunun guya Tovuz Rayon Mərkəzi Xəstəxanasını vurması barədə informasiyalar yayılıb. 
Oxu.Az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 
Hazırda rayonda vəziyyət stabildir. 
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki əməliyyat şəraiti Ordumuzun nəzarətindədir.
Qeyd edək ki, düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Oxu.Az olaraq, vətəndaşlarımızı sosial şəbəkələrdə yayılan təxribat xarakterli informasiyalara inanmamağa çağırırıq.


Tarix: 15-07-2020, 01:08 Oxunub: 127


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930