Vaqif Dərgahlı: “Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”

“Bir qrup şəxs tərəfindən sosial şəbəkələrdə “Azərbaycan ordusuna dəstək”, “Qarabağın azad olunması” istiqamətində şüarlar səsləndirilir. İnsanları yekdilliklə ayağa qalxmağa səsləyirlər. Bu cür çağırışlara ehtiyac yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.
Vaqif Dərgahlı bu tip çağırışların Azərbaycan xalqının güclü vətənpərvərlik hissindən irəli gəldiyini desə də, bu kimi yazışmalara ehtiyac olmadığını vurğulayıb:
“Biz insanların vətənpərvərlik hissini anlayırıq. Amma vurğulamaq istərdim ki, Azərbaycan ordusu hər an mübarizəyə hazırdır. Düşmən tərəfə bu günə qədər lazımi cavab verilib, verilir və veriləcək. Odur ki, belə söhbətlərin sosial şəbəkələrdə yayılmasına ehtiyac yoxdur. Bu, yalnız düşmən tərəfin maraqlarına xidmət edir”.


Tarix: 13-07-2020, 14:31 Oxunub: 174


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930