Kollec tələbələri keçmədikləri fənlərdən imtahan verəcək - İDDİA

Astara Pedaqoji Kollecində birinci kurs tələbələrindən 13 fənn üzrə imtahan götürülməsinə qərar verilib. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Bəzi tələbələrin dediyinə görə, mart ayından dərslər dayandırıldığından fənlərin çoxu keçirilməyib, buna baxmayaraq, Astara Pedaqoji Kollecində hər fəndən imtahan təyin olunub.
İddiaya görə, kollecdən tələbələrə bildirilib ki, imtahanların sayının müəyyənləşdirilməsi birbaşa Təhsil Nazirliyinin səlahiyyətinə daxildir, kollec buna müdaxilə edə bilməz.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu istiqamətdə müvafiq araşdırmalar aparılır.


Tarix: 7-07-2020, 12:27 Oxunub: 137


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930