Sabunçuda karantin qaydalarını pozan istixana aşkarlandı, sahibi cərimələndi - VİDEO

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib.
Belə ki, rayon ərazisindəki 2 nömrəli sovxozda yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb.
“Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.
Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərinin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin birotaqlı tiklidə sosila məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.
22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.
[video=]


Tarix: 10-07-2020, 18:58 Oxunub: 176


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930