19:54 / 27-05-2026
Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO
11:45 / 27-05-2026
28 MAY – MİLLƏTİN YENİDƏN DOĞULDUĞU GÜN
16:43 / 06-05-2026
Təhsilə sədaqətin parlaq nümunəsi – Elnarə Vəliyeva
16:39 / 06-05-2026
Təhsilə həsr olunan nümunəvi rəhbərlik – Mehriban Poladova
20:09 / 02-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
19:10 / 29-04-2026
Paytaxtın mərkəzində açıq-aşkar qanunsuzluq: “DRAKON” adı altında fəaliyyət göstərən əxlaqsızlıq məkanı ifşa olunur. FAKT
22:31 / 23-02-2026
Şamaxı "kommuxoz"unda NƏ BAŞ VERİR? – Müqaviləsiz “arenda” iddiası...
13:34 / 23-02-2026
Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova KİMDİR...
21:57 / 06-02-2026
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
14:23 / 03-02-2026
Uşaq qidası üzərindən suallar: Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalarda şəffaflıq varmı?
12:27 / 28-01-2026
Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...
12:22 / 28-01-2026
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
12:18 / 28-01-2026
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
19:45 / 06-01-2026
Xırdalanda daha bir QANUNSUZLUQ - Park ərazisində uşaq meydançasını zəbt edib yerində ikimərtəbəli obyekt tikilir - VİDEO
17:59 / 23-12-2025
Bakıxanovda “görünməyən icazələr”: qanunsuz tikinti iddiaları, torpaq zəbtı və cavabsız suallar
10:41 / 27-11-2025
Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu
13:23 / 21-11-2025
Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO
12:44 / 07-11-2025
Bu tarixi gün Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, milli suverenliyin, azadlığın və müstəqilliyin rəmzi kimi dəyərləndirilir
01:52 / 21-10-2025
Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
13:30 / 14-10-2025
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE
18:46 / 13-10-2025
Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto
18:43 / 13-10-2025
Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı
18:41 / 13-10-2025
MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
16:50 / 13-10-2025
Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir
12:48 / 06-10-2025
Kitabın ruhunu yaşadan ALİM...
12:29 / 30-09-2025
Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbahar Haqverdiyeva
15:07 / 26-09-2025
Təhsil və Media: Tamerlan Əkbərov işini yalnız vəzifə kimi deyil, həm də missiya kimi görür
12:43 / 23-09-2025
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
Bugünkü firavan, azad həyatımızın banisi - Əvəzsiz şəxsiyyət, ümummilli lider Heydər Əliyev!
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 21 il keçir.
Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.
Bölməyə aid digər xəbərlər
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 21 il keçir.Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.
1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.
Uzun müddət ABŞ-nin Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Fəxri Xiyabanda dəfn olunub.
Bəli, Günəş dünyaya işıq saçıb yer üzünü nura boyayır, gələcək yollarımızı aydınlaşdıraraq arzularımıza dəstək olur. Sonuncu ümidini itirən insan da günəşə ümid bağlayıb qaranlıq gecələrin işıqlı sabahlara qovuşacağına inanır. Günəşin rənginə boyanan ömür elə günəşin özü kimi parlayır, ömrü ömürlərə calanır. Böyük idarəçılık qabiliyyətinə, yaşayıb-yaratmaq qüvvəsinə, tükənməz enerjiyə malik olan Ulu Öndər Heydər Əliyev günəş olub ölkəmizə, dünyaya işıq saçdı, qəlblərə ümid verərək Azərbaycan adlı bir məmləkəti işıqlandırdı. Şərqdən doğan bu günəş insanları xoş günlərə qovuşdurub həyatı parlaqlandıraraq ömürləri nura boyadı – müstəqillik, tərəqqi və xoşbəxtlik nuruna.
Bu günəşin mayası, beşiyi isə Azərbaycan idi. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq, sonsuz sevgi idi bu günəşi daha da parlaqlandıran, onun şəfəqlərini nura çevirən. Ona görə də Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. İnana bilmirsən ki, siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə Ulu Öndər əsrə bərabər olan, zamanı ötüb keçən bir sürətlə bu qədər böyük işlər görmüş, dövrün fövqündə dayanaraq vaxtı qabaqlaya bilmişdir.
Çiyinlərində böyük bir ölkənin yükünü daşıyan Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında əbədi olaraq yaşayır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işlərinə başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Görülən genişmiqyaslı və əhatəli işlərin nəticəsində Azərbaycan qısa zaman kəsiyində kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildi, ölkəmizin adı qabaqcıl respublikalarla bir sırada çəkilməyə başladı.
Azərbaycanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan fabrik və zavodlar, bir-birindən böyük və yaraşıqlı saraylar, özünün görkəmi ilə şəhərlərə gözəllik verən neçə-neçə yaraşıqlı yaşayış və inzibati binalar tikilib istifadəyə verildi, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Görülən bu tikinti-quruculuq işləri nəticəsində kəndlər qəsəbələrə, qəsəbələr isə şəhərlərə çevrildi, insanların maddi və sosial şəraiti yaxşılaşmağa, həyat ildən-ilə daha da gözəlləşməyə başladı.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Ötən əsrin 90-cı illəri dövlətimiz üçün dönüş zamanı, Heydər Əliyev üçün sınaq məqamı idi. Zamanın sərt küləkləri əsən həmin illərdə Heydər Əliyev Vətəndən uzaqda, Moskvada idi. Dünya sanki çalxalanırdı. SSRİ-nin süqutu ilə Azərbaycanda milli-vətəndaş qarşıdurması vüsət almış, etnik separatizm baş qaldırmış, torpaqlarımız bir-birinin ardınca işğal olunmuş, ölkəmizin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürüklənməsi nəticəsində sosial-siyasi böhran günü-gündən dərinləşmişdi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki. Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev Tanrının Azərbaycan xalqının taleyinə bəxş edtiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.
Belə bir zamanda Heydər Əliyevin xalqın çağırışına səs verməsi, ona ümidlə baxan milyonların tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtması Ulu Öndəri milli dövlətçiliyin xilaskarına çevirdi. Əgər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün bəlkə də dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı. Ona görə də Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil.
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq Azərbaycanı öz müstəqilliyini itirməkdən, ölkənin xanlıqlara bölünməkdən, bütövlükdə isə suveren respublikamızı məhv olmaqdan qurtardı. Heydər Əliyev öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları da söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi, müharibədə uzunmüddətli atəşkəsə nail olundu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı.
1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradıldı – daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edildi, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırıldı, bütün sahələr üzrə ölkənin əsaslı inkişaf strategiyası hazırlanıb həyata keçirildi. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi.
Heydər Əliyev böyük titullara, dünya miqyaslı adlara layiq görülmüş, saysız-hesabsız mükafatlarla təltif edilmiş, dünya şöhrətli siyasətçi, dövlət xadimi adlandırılmışdır. Lakin Heydər Əliyev hər şeydən əvvəl sadə, böyük və bütöv azərbaycanlı idi. Ona görə də çox böyük fəxr hissi ilə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”. Bu tarixi sözlər Ulu Öndərin Azərbaycana övlad etirafı idi. O, bununla fəxr edir və təmənnasız olaraq xalqına xidmət göstərirdi.
Heydər Əliyev may ayının 10-da, baharın günəşli bir günündə dünyaya gəlmişdi. Öz titanik fəaliyyəti, zəhmətsevərliliyi, xalqa bağlılığı, mətinliyi, dönməzliyi, Vətənə sonsuz sevgisi ilə özü də ölkəmizin başı üzərində parlayan bir günəşə döndü. Heydər Əliyev günəşi bu gün də parlayıb yollarımıza şəfəq saçır, bizi daha parlaq gələcəyə səsləyir. Çünki o, elə bir günəşdir ki, nuru heç zaman sönməz, sönməyəcək!
Sevil Əliyeva,
Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbin direktoru.
Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbin direktoru.
Qaynarxeber.az
Tarix: 12-12-2024, 10:51 Oxunub: 207
Bölməyə aid digər xəbərlər
20-11-2024, 14:17
Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP “dünənin, bu günün və sabahın partiyası”dır
15-06-2024, 12:23
Bu gün Azərbaycan xalqı öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır
15-06-2024, 11:35
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
26-04-2023, 14:39
Namiq Osmanov:"Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır."
21-01-2021, 16:40
20 Yanvar Azərbaycan tarixində milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür - DEPUTAT
5-10-2020, 14:00
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
8-09-2020, 16:16
Valeh Mamedov: "Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 15:39
Azərbaycanda sabiq nazir vəfat etdi
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
15-07-2020, 09:27
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
15-07-2020, 01:07
Şəhid generalımızın nəşi Sumqayıta gətirildi - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















