16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
“SNAYPER MÜHARİBƏSİ QAYIDIR...” - “Erməni separatçıları rusiyalı hərbçilərə etibar etməməlidi”


Elxan Şahinoğlu: "Gərginlik Qarabağdan erməni köçünü artıra bilər"
"Bir neçə gün əvvəl erməni tərəfi iddia etdi ki, guya snayper atəşi nəticəsində Qarabağda yaşayan erməni həlak olub. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı rədd etsə də, Rusiya Müdafiə Nazirliyi erməni versiyasını təsdiq etdi. Bundan bir neçə gün sonra Qarabağdakı separatçılar Kəlbəcər istiqamətində hərəkət edən hərbi nəqliyyat vasitəmizə atəş açdılar, daha sonra hərbçimizi qətlə yetirdilər. Erməni separatçıları belə bir xəbər yaydılar ki, guya onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçiləri bir-birlərinə atəş açıblar. Bu informasiya müharibəsinin tərkib hissəsi idi".
"AzPolitika.info" xəbər verir ki, bunları Qarabağda baş verən hadisələri şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Ekspert xatırladır ki, Azərbaycan ordusu erməni təxribatını və dezinformasiyasını cavabsız qoymadı.
"Azərbaycan hərbçisinin şəhid olduğu eyni gündə - oktyabrın 14-də Qarabağdakı erməni postlarından birində itkilər qeydə alındı, ölən və ağır yaralananlar var",-deyə o əlavə edib.
Dünən axşam saatlarında Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma olduğu bildirildi: “Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

E. Şahinoğlu bildirir ki, separatçılar gün ərzində Qarabağda yaşayan erməniləri sakitləşdirməyə çalışırlar, atışmadan sonra vəziyyətin guya sabitləşdiyi və təhlükəyə əsas olmadığı barədə açıqlama veriblər: "Erməni separatçıları anlayırlar ki, bu cür gərgin şəraitdə Qarabağdan erməni köçü arta bilər. Ancaq erməni separatçıları onu da anlamalıydılar ki, Azərbaycan hərbçisinin snayper atəşi ilə qətlə yetirilməsi cavabsız qalmayacaq. Son hadisə həm də onu göstərir ki, erməni separatçıları bölgədə postları olan rusiyalı hərbçilərə etibar etməməlidirlər. Rusiya hərbçiləri onları Azərbaycan tərəfinin intiqam əməliyyatlarından qoruya bilməyəcəklər".
Politoloq vurğulayır ki, baş verən hadisələr işğaldan əvvəlki dövrə - snayper müharibəsinə qayıdışdır: "Separatçılar rusiyalı hərbçilərin arxasından Azərbaycan hərbçilərinə atəş açarkən düşünürdülər ki, özlərini qoruya biləcəklər. Ancaq bunun erməni separatçılarına faydası yoxdur. Çünki cavab atəşiylə onlar daha çox itki verirlər. Bu gərginlik Qarabağda yaşayan erməniləri də çox qorxudur və onlar gələcəkləri üçün daha çox narahat olmağa başlayıblar. Bu narahatlıq əsaslıdır. Qarabağdakı erməni separatçıları tərksilah olunmayınca vəziyyət gərgin olaraq qalacaq. Bunu hamı anlamalıdır. Snayper müharibəsini nə bölgədəki rusiyalı hərbçilər, nə də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi qarşısını ala bilər".


Tarix: 15-10-2021, 23:03 Oxunub: 637


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930