Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - RƏSMİ

“Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.
Oxu.Az xəbər verir ki, ölkədə koronavirus pandemiyasına görə yaşı 65 yuxarı olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Q.Abbasov məzuniyyətdə olub. 
Koronavirusa yoluxan Q.Abbasov bir müddətdir ki, müalicə alırdı. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Oxu.Az-a təsdiq edib. 
Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo yayıb.


Tarix: 8-07-2020, 16:48 Oxunub: 155


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930