Üçüncü mikrorayon Alı Mustafayev küçəsi - 3 ünvanında yerləşən piyvəxana kimi fəaliyyət göstərəm musiqili Şəfa kafesinin müdürəsi Piriyeva Şəfiqə 13.02.2021 - tarixdə, günün birinci yarsında ona bir zəng gəldiyini bildirib. Telefonu açdıqda mülayim bir qadın səsi ilə ona kafeyə gəlməyini xahiş edib. Kafeyə gəldikdə isə iki kişi bir qadının onun rəhbərlik etdiyi kafedə onu gözlədiyini görüb. Şəfiqə xanımın sözlərinə görə ona dostluq təklif edən şəxslər özlərini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları olduqlarıni bildirərək ondan hərəsinə yüz manat pul vermələrini xahiş edərək, üç yüz manat pul istəyiblər. Şəfa xanım onlara pul verməkdən imtina etdikdə isə Şəfa Piriyevaya məxsus olan kafenin salonunda oturaraq, Akt tərtib ediblər. Şəfiqə Piriyeva əlibnəki telefonla video çəkərək, həmin şəxsləri kadırda göstərib, ondan üç yüz manat pul tələb etdiklərini bildirib. Maraqlısı budur ki, həmin şəxslər bu çəkilişə və bu itdihama, elə bil belədə olmalıdır kimi çox sakir reaksiya verib.
Şəfiqə xanımın sözlərinə görə onlar ozlərini təqdim etdikdə, xidməti vəsiqələrini normal şəkildə təqdim etməyiblər. Yazdıqları Aktı isə Şəfiqə Piriyeva oxuyub imzalamaqdan imtina edib.
Gələn şəxslər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qaynar xət əlaqə telefon nömrəsinin 1003 olduğunu bildiriblər. Şəfiqə xanım 1003 nömrəsinə zəng edərək etirazını bildirib. Telefon xətdində olan aperator isə Şəfiqə piriyevaya məhkəməyə verməsini tövsiyə edib.
Görəsən Azərbaycan Respublikasınin Qida Təhlükəsizliyi Ağentliyinin sədri Qoşqar İlahi oğlu Təfməzlinin bu məsələdən xəbəri var?
Bölməyə aid digər xəbərlər