Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.Prezident cənab İlham Əliyev müşavirədə çıxış edərək bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.
Azərbacan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbacanın siyasi həyatı konstruktiv dinamikaya kökləndi. Bu istiqamətdən mövzuya yanaşdıqda qeyd etməliyik ki 2020-ci ilin fevral ayında keçirilmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır.Ölkə ictimaiyyətinə aydın olduğu kimi parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşımış oldu
.
Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür. Cənab Prezident vurğulamışdır ki 2020ci ildə partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Diqqət çəkmək istədiyim məqam müxalif düşərgədə aparılan bölgü prinsipinə uyğun olaraq konstruktiv qanadın əmsilçiləri bu təşəbbüsə dəstək verib dialoqa qatılsalar da radikal qanadda yer alan ünsürlər hər zaman müxtəlif bəhanələrlə dialoqlardan yayınmağa cəhd ediblər. Prezident həmin siyasi dialoqda iştirak etməyənləri xain dəstə və satqın ünsürlər adlandırmışdır.
Müharibə dövründə xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Təəssüf ki, antimilli qüvvələr öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.Antimilli şuranın liderləri vaxtilə Paşinyanı demokrat, novator, təmiz adam kimi təqdim edirdilər. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. İkinci Qarabağ müharibəsi vaxtı da həmin qrupa rəhbərlik edənlərdən biri Amerikada oturub, antimilli mövqedən çıxış edir, düşmən dəyirmanına su tökür.“Milli Şura”nın ABŞ-dakı liderini maliyyələşdirən və ona istiqamət verənlər antiazərbaycan ermənipərəst dairələrdir.
1990-cı illərin əvvəllərində yürüdülmüş yanlış siyasət və bu siyasətin fəsadları orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. AXC-Müsavat hakimiyyəti bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Prezident cənab İlham Əliyevin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır.
Dövlət başçısı möhtərəm İlham Əlyevin həyata keçirdiyi uğurlu islahatlardan biri də kadr islahatıdır. Cənab prezidentin kadr islahatları haqqında dediyi nitqə nəzər salmaq istiyirəm. Fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmşə necə deyərlər narazı oluram çünki mən istəyirəm ki daha yaxşı olsun. Harada ki mümkündür biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki işlər daha da yaxşı getsin. Ona görə də kadr islahatı da bu məqsədi daşıyır. Nazirlər Kabinetində rəhbərliyin dəyişdirilməsi Prezident Adminstrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərliyin dəyişdirilməsi əsaslı kadr islahatı idi. Cənab Prezident bildirmişdir ki korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.
Bütün dünyada tüğyan edən amansız virus olan covid 19 bir çox ölkərin iqtisadi durumunu zəiflədib. Olkəmizin müharibə dövründə olması və digər yandan covid 19 bəlasının ölkəmizi də cənginə almasına baxmayaraq Azərbaycan iqtisadiyyatı sarsılmamışdır. Digər ölkələrlə müqayisədə yeni ilə az itkilərlə çıxmışdır. İlin sonlarında isə ölkəmiz üçün daha bir sevindirici xəbər və olkəmizin ugurlu nailliyəti də Azərbaycan qazının TAP layihəsi nəticəsində Avropa məkanına çatması oldu. Bütün dünyanın mübarizə apardığı Koronavirus bəlasının isə tezliklə bitəcəyi xəbərləri ümid verir. Bu baxımdan peyvəndin tapilması xüsusi qeyd edilməli hadisədir. Cənab Prezident peyvəndin yanvar ayında ölkəmizə gətiriləciyini və peyvəndləmədən sonra insanların normal həyata dönüş edəcəyini də bildirib.
Artıq Azərbaycanda yeni dövrün başladığını deyə bilərik. Erməni vandallarının viran qoyduğu şəhərlərimizin abadlaşdırılması yeni quruculuq işlərinin başlamsı infrastrukturun yenidən qurulması kommunikasiya xətlərinin yaradılması istiqamətində ölkə başçısının mühüm tapşırıqlarının şahidi oluruq. İşğaldan azad edilmiş kənd və şəhərlərimiz də dağıdılmış evlərin bərpası yolların çəkilməsi dəmiryol xətlərinin bərpası və yenidən çəkilməsi artıq başlanmışdır. Azərbaycan xalqının Prezidentə olan inamı və xalq dövlət birliyi həmrəyliyi nəticəsində Azərbacan dövləti daim güclənəcək inkişaf edəcək və dirçələcəkdir.
Tural HÜSEYNLİ,
Nəsimi rayonu.
Bölməyə aid digər xəbərlər