16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
“HƏMSƏDR FAHİŞƏLİYİ” – Pompeonu nə narahat edir?



Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo oktyabrın 13-də Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmaya əməl etməyə çağırıb.
«ABŞ Azərbaycan və Ermənistanı atəşin dayandırılması barədə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, Gəncə və Stepanakert kimi mülki rayonlara zərbələr endirməyi dayandırmağa çağırır. Biz, insan qurbanlarına görə, təəssüflənirik və dinc tənzimləmə movqeyində dayanırıq» - ABŞ diplomatiyasının başçısı «Tvitter» səhifəsində yazıb.
Məlum olduğu kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədi ilə yaradılmış ATƏT Minsk Qrupunun 3 həmsədrindən biridir. O da bəllidir ki, yaradıldığı tarixdən günümüzə qədər bu qurum münaqişənin həllinə yox, onun dondurulmasına çalışıb və beləliklə, təcavüzkar tərəfə - Emənistana işğal etdiyi Azəbaycan torpaqlarında möhkəmlənməyə şərait yaradıb. Ötən 26 ildə münaqişənin həll edilməmiş qalması bunun əyani sübutudur. Münaqişənin növbəti dəfə qızışması da ATƏT-in fəaliyyətsizliyinin (daha doğrusu, naqis fəaliyyətinin) birbaşa və dolayı nəticəsidir…
Məsələ burasındadır ki, ATƏT və onun həmsədrləri öz naqis fəaliyyətini davam etdirməkdədirlər və münaqişənin həllinə nail omaq əvəzinə, təcavüzkarla (Ermənistan) təcavüzə məruz qalmış tərəfi (Azərbaycanı) tərəzinin bir gözünə qoyur, riyakarcasına atəşin dayandırılmasına səsləyirlər…
Məntiqi sual yaranır: tutaq ki, atəş dayandırıldı, sonra nə olacaq? Daha 26 il də nəticəsiz danışıqlar olacaq? Bu ki, fahişəlikdir - həmsədrlərin fahişəliyi!
Axı yurd-yuvasından didərgin salınmış 1 milyon Azərbaycan vətəndaşı səbrsizliklə öz yurduna qayıtmağı gözləyir.


Tarix: 14-10-2020, 00:41 Oxunub: 164


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930