16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Azərbaycanda rayon mərkəzi çirkab sularına qərq olub - VİDEOREPORTAJ

Xoşagəlməz mənzərə, üfunət dolu çirkab suları Kürdəmir rayonu, Soltan Şıxəliyev küçəsindədir.
Baku TV xəbər verir ki, həmin küçədə kanalizasiya xətti olmadığından çirkab suları küçəyə axıdılır.
Bu isə böyükdən kiçiyə hamını narahat edir.
Yerli sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, dərdlərinə çarə tapan olmayıb.
“Azərsu” ASC-nin 2 nömrəli Regional Su-kanal İdarəsinin Kürdəmir su-kanal sahəsindən bildirdilər ki, Kürdəmir şəhəri üzrə doqquz kilometr uzunluğunda kanalizasiya xətti var.
1977-ci ildə çəkilən xəttin tamamilə yararsız halda olması səbəbindən 2015-ci ildə dövlət dəstəyi ilə 800 metr, hazırda “Azərsu”nun daxili imkanları hesabına isə 600 metr məsafədə yeni xətt çəkilir. Soltan Şıxəliyev küçəsinə gəldikdə isə...
Ümid edək ki, ərazidə yeni kanalizasiya xətləri çəkilənə qədər sakinlər üçün alternativ xətt çəkilər və bu insanlar üfunətli çirkab sularından canlarını qurtara bilərlər.


Tarix: 28-07-2020, 15:52 Oxunub: 86


Bölməyə aid digər xəbərlər


«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031