16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Sabahın havası: Güclü külək, leysan, dolu

Sabaha olan hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz  30-35, Bakıda  gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. 
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz  20-25 dərəcə  isti olacaq.

Bizimlə əlaqə saxlayın


Tarix: 26-07-2020, 11:53 Oxunub: 141


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930