Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları iyul ayının 22-də rayonun Toğanalı kəndi ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir şəxsi görərək dərhal ona yaxınlaşıblar.
Onun üzərində heç bir sənəd olmadığından və eşitmə-danışma qabiliyyətinin olmamasına görə özü haqqında məlumat verə bilmədiyindən, polis əməkdaşları onu Polis Bölməsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.
Tapılan şəxsin əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, qısa saçlıdır. Tapılan zaman əynində uzunqol köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə 0222052279; 055-591-31-02 nömrələrinə zəng vuraraq, məlumat vermələri xahiş olunur.

Bölməyə aid digər xəbərlər
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















