Evliliklə bağlı rədd cavabı alan kişi 14 yaşlı qardaşı qızının üstünə benzin töküb yandırdı

Oğlu ilə evlənmək istəməyən 14 yaşlı qardaşı qızının üstünə benzin tökərək, onu diri-diri yandırdı.
“The Mirror”un məlumatına görə, dəhşətli hadisə Pakistanın Pəncab vilayətində baş verib.
Məlumata əsasən, evliliyə imtina cavabı qızın atasından gəlib: Məhəmməd Yusif qardaşı Məhəmməd Yaqubun qızını oğluna ərə vermə təklifinə “yox” deyib. Məsələ burasındadır ki, o, bir neçə həftə öncə qızı Sadiyəni başqa qohumuna ərə verəcəyinə söz veribmiş.
Rədd cavabı alan Məhəmməd Yaqub qardaşının evində gizlənib və Sadiyə tək qalanda onun üstünə benzin tökərək yandırıb, sonra isə hadisə yerindən qaçıb.
Qız yana-yana küçəyə çıxıb. Qonşular odu söndürərək, onu dərhal xəstəxanaya aparsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb.
Bununla belə Sadiyənin ailəsi əsl həqiqəti gizlədərək, övladlarının minaya düşdüyünü elan edib.
Ancaq polis araşdırma zamanı əsl həqiqəti öyrənib və Sadiyənin əmisini həbs edib. İstintaq zamanı o törətdiyi əməli etiraf edib.


Tarix: 24-07-2020, 12:38 Oxunub: 125


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930