16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Yer kürəsi son 30 ildə 178 milyon hektar meşə sahəsini itirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssislərinin hesablamalarına görə, dünya son 30 ildə 178 milyon hektar meşə sahəsini itirib.
Gazeta.ru-nun məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında bildirilir.
Ağacların daha böyük sürətlə məhv olduğu ərazi Afrikadır. Meşə sahələrinin qurunun üçdə birini (dörd milyard hektar) təşkil etməsinə baxmayaraq, onların ərazisi sürətlə azalır. Lakin buna rəğmən, mənfi tendensiya əvvəlki dövrlə müqayisədə daha yavaş irəliləyir.
Qeyd olunur ki, bütün meşə sahələrinin yarıdan çoxu (54 faiz) Rusiya, Braziliya, Kanada, ABŞ və Çinin ərazisində yerləşib.


Tarix: 22-07-2020, 10:43 Oxunub: 46


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930