Oksford Universitetinin alimləri tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin ilk sınaq mərhələsi uğurla keçib.
Lenta.ru-nun məlumatına görə, testin nəticələri Britaniyanın “The Lancet” tibb jurnalında dərc edilib.
“ChAdOx1 nCoV-19 peyvəndi koronavirusa qarşı anticisimlərin 28 gün ərzində artmasına səbəb olur”, - deyə məqalədə bildirilir.
Dərmanın effektivlik və təhlükəsizlik əlamətləri göstərdiyi də vurğulanıb. Tədqiqat iştirakçılarının 90 faizindən çoxunda virusu zərərsizləşdirən anticisimlər meydana gəlib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “R-Pharm” farmokologiya firması İngiltərə-İsveç şirkəti olan “AstraZeneca” ilə razılaşaraq, Rusiyada koronavirusa qarşı “Oksford peyvəndi” istehsal edəcəyi barədə xəbər yaymışdı. Şirkət 30-50 ölkəyə, o cümlədən Yaxın Şərq, Cənub-Şərqi Asiya, Avropa və MDB ölkələrinə peyvənd ixracatı üçün mərkəz kimi çıxış edəcək.
Bölməyə aid digər xəbərlər
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















