16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Böhrana yolların təmiri ilə qalib gəlmək istəyirlər

Çexiya hökuməti böhrana qalib gəlmək üçün qeyri-adi üsula əl atıb. Belə ki, koronavirusun iqtisadiyyata vurduğu zərəri aradan qaldırmaq üçün avtomobil və dəmir yollarının inşası və təmiri üçün ölkə tarixinin ən böyük infrastruktur layihəsinin reallaşdırılmasına başlayıb.
Bu barədə “Bloomberg” xəbər yayıb.
Bildirilir ki, Çexiyanın Baş naziri və iş adamı Andrey Babiş büdcə kəsirinin rekord səviyyəyə - 21 milyard dollara çataçağını nəzərdə tutan sənədi təsdiqləyib. Planın əsas hissəsinə görə, bu məbləğin təxminən beş milyard dolları sözügedən layihənin həyata keçirilməsinə ayrılıb.
Həmin vəsait hesabına hökumət başçısı iş yerlərini qorumaq və ölkədə COVID-19 pandemiyasının yaratdığı böhrana qalib gəlmək niyyətindədir.
Qeyd edək ki, Avropa mallarının əksər hissəsinin tranziti məhz Çexiya ərazisindən keçir.


Tarix: 10-07-2020, 16:04 Oxunub: 75


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930