İstanbulda İŞİD-ə qarşı əməliyyat: Saxlanılanlar arasında azərbaycanlı da var

İstanbul Terrorla Mübarizə İdarəsi antiterror əməliyyatı keçirib.
Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, əməliyyat nəticəsində sosial şəbəkələrdə terror təbliğatı ilə məşğul olan İŞİD qruplaşmasının 10 üzvü saxlanılıb.
Əməliyyat İstanbulun 10 rayonunda yerləşən 14 müxtəlif mənzildə aparılıb.
Saxlanılan şəxslər arasında əslən azərbaycanlı olduğu qeyd edilən Elbrus.H adlı şəxs də var.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.


Tarix: 9-07-2020, 21:59 Oxunub: 122


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930