16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
BAYDEN RƏSMƏN ABŞ PREZİDENTİ OLDU - ABŞ Konqresi onun qələbəsini təsdiqlədi


ABŞ konqresinin hər iki palatanın - Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. İclas ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.
Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.
Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.
Demokratlardan prezidentliyə namizəd olan və səsvermədə qalib çıxan Co Bayden bir gün əvvəl Vaşinqtonda baş verən hadisələrə münasibət bildirib.
“Zvezda”nın məlumatına görə, bu barədə o "twitter" hesabında paylaşım edib.
Siyasətçi baş verənlərin demokratiyanın bütün kövrəkliyini nümayiş etdiyini bilidirib.
Bayden bu hadisələrin həmçinin demokratiyanın “cəsur liderlərin” müdafiəsinə ehtiyacı olduğu faktını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu rolu yalnız yaxşı niyyətli və ümumi rifah üçün çalışan insanlar öz üzərlərinə götürə bilər.
“Demokratiyanı şəxsi maraqlarını güdən, hakimiyyətə həris olan insanlar qoruya bilməz”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.
Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.
Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.
Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin, bununla belə, zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.
Hazırda Vaşinqtonda kommendant saatı tətbiq edilir, şəhərdə küçəyə çıxmaq qadağandır. Vəziyyət polisin nəzarəti altındadır.


Tarix: 7-01-2021, 13:20 Oxunub: 233


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930