Tramp: “ABŞ koronavirus peyvəndini bütün dünya ilə bölüşəcək”

ABŞ koronavirus peyvəndini digər ölkələrlə bölüşməyə hazırdır.
Rg.ru xəbər verir ki, bu barədə Prezident Donald Tramp Şimali Karolinadakı çıxışı zamanı deyib.
Amerika liderinin sözlərinə görə, ölkə əvvəlcədən kütləvi şəkildə namizəd peyvəndlər istehsal edir ki, vaksin təsdiqlənən ilk gündən etibarən amerikalılara təqdim olunsun:
“Bütün dünyada insanlar üçün çox sayda peyvənd istehsal edəcəyik”.
Tramp xatırladıb ki, ABŞ artıq vaksin tədarükü ilə bağlı ən perspektivli istehsalçılarla razılığa gəlib.
Bunun böyük bir istehsal səfərbərliyi olduğunu vurğulayan prezident İkinci Dünya Müharibəsindən sonra buna oxşar heç nəyin baş vermədiyini qeyd edib.

Bizimlə əlaqə saxlayın


Tarix: 28-07-2020, 15:41 Oxunub: 116


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930