Türkiyədə məhkəmə binasında atışma: Yaralıların arasında uşaqlar da var

Türkiyənin Adana şəhərində məhkəmə binasında atışma baş verib.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, məhkəmə prosesindən əvvəl binanın girişindəki yoxlama cihazının yanından iki nəfər baxılacaq işdə qarşı tərəf olan ata və qızına atəş açıb.
Bu zaman üçü uşaq olmaqla, altı nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və tibb işçisi cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Cinayətkarlardan biri tutulub, polis digər şəxsin axtarışına başlayıb.


Tarix: 21-07-2020, 16:32 Oxunub: 139


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930